Bakının bu küçələrində sıxlıq yarandı - FOTOLAR

15.09.2015 13:13     Sosreaksiya     1932

15 sentyabr yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejimində çalışır.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumata görə, bu gün NİİM-in 141 qaynar xəttinə 07:00-dən 11:00-a kimi sorğu xarakterli 100-dən çox zəng daxil olub.

Səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub. Bir neçə gün öncədən, dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə baxmayaraq sürücülər yenə də avtomobilləriini məktəblərin yanında park etməsi yolda uzun müddətli sıxlığın yaranmasına səbəb olub.

Sıxlıq xüsusilə paytaxtın Azadlıq prospekti, Nəriman Nərimanov prospekti, Təbriz prospekti, Bakıxanov küçəsi, Neftçilər prospekti, Həsən Əliyev küç., Yusif Səfərov küç., İnşaatçılar pr., Koroğlu Rəhimov küçələrində müşahidə olunub.

Hazırda isə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti normaldır.

Şərhlər