Sumqayıt qatarı Xırdalanda nə vaxt dayanacaq?

15.09.2015 16:06     Sosreaksiya     2397

Xəbər verildiyi kimi, bu gündən Bakı-Sumqayıt marşrutu ilə gedən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minir.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hərəkət cədvəli artıq açıqlanıb.

Cədvəldə qatarların yola düşmə və çatma vaxtları, dayanacaqlar və aralıq məntəqələri qeyd edilib.

Xatırladaq ki, aralıq məntəqələr olaraq Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Baş Sumqayıt stansiyaları göstərilib. Lakin buna baxmayaraq Keşlə, Xırdalan, Güzdək məntəqələrində hələ ki, dayanmaq və qatarlara minmək mümkün olmayacaq.

Həmin qəsəbələrdən Bakının mərkəzindəki ali və orta təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlər yeni dərs ilinin başlaması ilə əlaqədar gediş-gəlişlərində rahatlıq yaranacağını güman edərək sevinsə də bu sevinc çox çəkməyib. Sürət qatarının həmin qəsəbələrdə dayanmaması onları məyus edib.

Reaksiya.az “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan hansı məntəqələrdə dayanmaq və qatara minmək mümkün olacağını öyrənib.

O bildirib ki, elektrik qatarları bu gündən Bakı, Biləcəri, Sumqayıt stansiyalarında dayanacaq: "Gələcəkdə sərnişin sıxlığından asılı olaraq nəzərdə tutulmuş digər stansiyalar da fəaliyyət göstərəcək".  

Şərhlər