İstanbulda terror əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO
16.09.2015 10:06 Sosreaksiya 2135

İstanbulun Terrorla Mübarizə Şöbəsi PKK-ya qarşı İstanbulun 6 rayonunda əməliyyat keçirib. Nəticədə 13 nəfər saxlanılıb.
Reaksiya.az xəbər verir ki, polis əməkdaşları Kartal, Sancaktepe, Sultanbeyli, Ataşehir və Bağcılarda 23 ünvana əməliyyat keçirib.
Əməliyyatlarda haqlarında yaxalanma qərarı verilən 22 şübhəlinin 13-ü saxlanılıb.
Ünvanlarda aparılan aramalarda avtomatik ov tüfəngi, tapança, çox sayda güllə, qaçaq siqaret, təşkilata aid sənədlər ələ keçirilib.
Şərhlər