ŞOK: Bu şirkətin rəhbərləri tutuldu - VİDEO

16.09.2015 10:53     Sosreaksiya     2379

Türkiyədə Boydak Holdinqin rəhbərləri həbs edilib.

Reaksiya.az xəbər verir ki, Kayseridə səhər saatlarında aparılan əməliyyatda Boydak Holdinqin rəhbərləri ilə Məlikşah Universitetinin rəsmilərinin də olduğu 11 nəfər saxlanılıb.

Aralarında Məlikşah Universitetinin Himayədarlar nümayəndə heyətinin rəhbəri və TÜSİAD İdarə Heyətinin üzvü olan Boydak Holdinqin icraçı direktoru Memduh Boydakın da olduğu iş adamları bu gün saat 07.00-da ev və iş yerlərindən alınaraq Kayseri Polis İdarəsinə gətirilib.

Polis briqadaları Talas rayonunda olan Məlikşah Universitetinə gedərək buradakı rəhbərləri də nəzarətə alıb.

Kayseri Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq nəzarətindən keçirilən şübhəlilər daha sonra Polis İdarəsinə gətirilib. Polis rəsmiləri iş adamı və universitet rəhbərləri də daxil olmaqla 11 nəfərin tutulduğunu deyib.

Mebel, enerji, bank, tekstil kimi 12 sektorda fəaliyyət göstərən Boydak Holdinqin tərkibində 41 şirkət var.

Ötən il 6.5 milyard lirə gəlir əldə edən Boydak Holdinqdə 14 min nəfər çalışır.

Holdinqin nəzdindəki şirkətlərdən 8-i Türkiyənin 500 ən iri sənaye mərkəzlərinin siyahısında yer alır.

Şərhlər