Azərbaycan 23 yaşlı oğlanı beynəlxalq axtarışa verdi
16.09.2015 11:39 Sosreaksiya 1966

Azərbaycanın hüquq-mühafizə orqanları 23 yaşlı oğlanı beynəlxalq axtarışa verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Ramiz Məmmədov dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda R. Məmmədovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər