Leysan yağacaq

16.09.2015 12:57     Sosreaksiya     1977

Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir, sentyabrın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.

Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Şərhlər