Səsvermə vəsiqəsinin verilməsinə başlandı
16.09.2015 13:52 Sosreaksiya 1926

Sentyabrın 16-dan başlayaraq Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanacaq.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyaları səsvermə gününə 45–25 gün qalmış seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət sentyabrın 17-dən oktyabrın 7-dək olan dövrü əhatə edir. Məntəqə seçki komissiyaları isə səsvermə gününə 24–3 gün qalmış, yəni oktyabrın 8-dən oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.
Şərhlər