Çilidə 8,3 bal gücündə zəlzələ baş verib - sunami təhlükəsi var-YENİLƏNİB

17.09.2015 07:47     Sosreaksiya     1828

Sentyabrın 17-nə keçən gecə Çili sahillərində 7,9 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az-ın apa-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Çili və Peru sahillərində sunami təhlükəsinin olduğunu bildirib.

 

***

Sentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az-ın verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Çili və Peru sahillərində sunami təhlükəsinin olduğunu bildirib.

Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Şərhlər

Çox oxunanlar