Sərnişin avtobusuna “molotov kokteyli” atılıb

17.09.2015 08:59     Sosreaksiya     1822

İstanbulda maskalı şəxslər bələdiyyə avtobusuna hücum edib.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus dayanacağında  3 nəfər maskalı şəxs Şişli-Yenikapı marşrutu ilə hərəkət edən bələdiyyə avtobusunu saxlayıb.

Sərnişinləri yerə düşməyə məcbur edən naməlum şəxslər əvvəl avtobusun şüşələrini sındırıb, sonra isə salona “molotov kokteyli” ataraq qaçıblar.

İnsident nəticəsində zərərçəkən olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Şərhlər

Çox oxunanlar