QHT sədri qadınlara müraciət etdi

17.09.2015 09:12     Sosreaksiya     2284

“Ölkə prezidenti İlham Əliyevin ölkəmizin bütün kənar təsirlərdən qorunmasının vacibliyi ilə bağlı son çıxışına ilk növbədə Azərbaycna qadınları həmrəylik nümayiş etdirməlidir. Çünki tarix boyu Azərbaycan qadını öz atası, qardaşı, həyat yoldaşı, övladı ilə çiyin-çiyinə çalışıb, ölkə təhlükəylə üzləşəndə onu qorumağa, sabit zamanlarda isə inkişaf etdirməyə töfhəsini verib”. Bunu “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova reaksiya.-az-a bildiirb.

Mehriban Zeynalovanın sözlərinə görə, qadınlar prezidentin bu çağırışına biğanə qalmayacaq və Azərbaycanın müstəqil siyasət yürüdən ölkə olaraq qalmasında üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər: “Qadınlarımız ölkənin inkişafına sevindikləri və bundan birbaşa təsirləndikləri kimi, haqsızlıqla üz-üzə gəlindiyi zaman da öz səsini ucaltmalıdır. Biganəlik Azərbaycan qadınına yaddır, xüsusən də əgər söhbət ölkənin taleyindən, gələcək inkişafından gedirsə, xanımlarımız buna biganə qala bilməz və qalmamalıdır. Bu baxımdan əminliklə söyləmək olar ki, Azərbaycan qadını öz ölkəsini qorumaq əzmindədir və bunu tarix dəfələrlə sübut edib”

Şərhlər

Çox oxunanlar