Sumqayıt yolundakı dəhşətli qəzanın videosu yayıldı - YENİLƏNİB-2 - VİDEO
17.09.2015 10:14 Sosreaksiya 5517

Bu gün səhər Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarı ərazində ölümlə nəticələnən ağır yol qəzasının videosu yayılıb. Videodan görünür ki, ölən və yaralananlar əsasən, gənclərdir və onlar çox böyük ehtimalla səhər tezdən dərsə gedirmişlər.
Hadisənin təfərruatı haqda əlavə informasiya veriləcək.
10:00
Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
09:31
Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Şahidlərin verdiyi məlumata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.
Şərhlər