Qəza ilə bağlı Səhiyyə Nazirliyindən rəsmi açıqlama - 2 ölü, 10 yaralı - VİDEO
17.09.2015 10:34 Sosreaksiya 2420

“Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarı ərazisində baş verən yol qəzasında 2 kişi ölüb”.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidməti Reaksiya.az-a bildirib.
Mənbənin sözlərinə görə, ölənlərin cəsədi Sumqayıt təcili tibbi yardım stansiyasının işçiləri tərəfindən yerindəcə aşkar edilib:
"10 nəfər yaralı isə təcili olaraq xəstəxanalara aparılıb. Hazırda onların əksəriyyətinin vəziyyəti çox ağırdır, yaralılardan ikisinin üzərində cərrahiyə əməliyyatı həyata keçirilir. Xəstəxanaya aparılan yaralılara yüksək səviyyədə bütün tibbi yardım xidmətləri göstərilir”.
Qəzada yaralananların sonrakı vəziyyəti ilə bağlı məlumatlar veriləcək.
Şərhlər