Milli Məclisdə magistratura ilə bağlı müzakirə
17.09.2015 14:49 Sosreaksiya 1884

Azərbaycanda “Təhsil haqqında” qanuna magistratura ilə bağlı dəyişiklik edilir.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda” sözləri əlavə edilib.
Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.
Şərhlər