Avtovağzalın rəhbəri işdən çıxarıldı

17.09.2015 15:14     Sosreaksiya     2133

Bakı Beynəlxalq Avtovağzalında kadr dəyişikliyi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqıiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, avtovağzalın rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub.

Onun yerinə bu vəzifəyə Seymur Aslanov təyin olunub.

 

Şərhlər