"Özümü pis hiss edirəm, dua edin" - Hacı Nuran

17.09.2015 16:40     Sosreaksiya     3662

Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovdan yeni xəbər var.

Reaksiya.az -ın məlumatına görə, aparıcı səhhəti ilə bağlı sosial şəbəkədə yazıb:

“Eziz dostlar, neçə müddətdir ki, özümü çox pis hiss edirəm. Dua edin. İnşallah bu dözülməz müalicənin sonu yaxşı olar”.

Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay yenidən Almaniyaya müayinəyə gedən Hacı Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub. O, bir neçə müddət əvvəl səhhətinin daha da pisləşdiyini, reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdi.

Şərhlər