Metropolitendən "Qəbələ" azarkeşlərinə hörmətsizlik
18.09.2015 01:25 Sosreaksiya 1553

Bakı Metropoliteni “Qəbələ” azarkeşlərini sözün həqiqi mənasında yarı yolda qoyub.
Reaksiya.az xəbər verir ki, metropoliten rəsmiləri sentyabrın 17-i baş tutan “Qəbələ” – PAOK oyununun gec başlamasını (22:00) nəzərə alaraq, metronun 00:00-da deyil, 01:30-da bağlanacağını desələr də buna əməl etməyiblər.
Belə ki, metronun qapıları saat 01:00-da artıq azarkeşlərin üzünə bağlı olub. İctimai nəqliyyat kimi metropolitendən istifadə edə bilməyən “Qəbələ” sevərlər narazı qalıblar.
Xatırladaq ki, “Bakcell Arena”da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.
Şərhlər