Məkkəyə viski aparmaq istəyən şəxs saxlanılıb

18.09.2015 04:20     Sosreaksiya     1695

“Məni niyə saxlayıbsınız? Məni niyə yoxlayırsınız?! Həccə gedirəm, zəvvaram, hacıyam, qəzəbimə gələrsiniz!”. Bu sözləri deyən şəxs tez-tez “Allahu-əkbər!” deyib, qəzəblə danışıb. Gömrükçülərlə polis isə şübhələndikləri bu şəxsin sözlərinə əhəmiyyət verməyərək onun üst-başını axtarmağa başlayıblar. Sonuc yaxınlıqda durmuş sərnişinlərdə şok effekti yaradıb. Belə ki, Məkkəyə yollandığını deyən adamın üstündən 12 butulka viski çıxıb. Bu şəxs spirtli içki idxalının qəti qadağan olunduğu Səudiyyə Ərəbistanına qaçaqmal yolu ilə viski keçirmək istəyirmiş. Alt paltarında və şalvarında “gizli ciblər” tikən “hacı”nı indi sərt cəza gözləyir. Spirtli içki qaçaqmalçısı, Məkkəyə yollandığını deyən şəxs Kral Fəhd körpüsünün girişində saxlanılıb. Bu şəxs ən azı 6 aylıq həbs və 75 şallaq cəzası alacaq.

Şərhlər