Azərbaycanda zəlzələ oldu
18.09.2015 10:36 Sosreaksiya 2026

Azərbaycanda bu gecə zəlzələ olub.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Məlumata görə, 3.1 ballıq zəlzələ yerli vaxtla saat 03:54:05-də Şirvan şəhərindən 11 km şərqdə qeydə alınıb. Yerin 17 km dərinliyində olan zəlzələ hiss olunmayıb.
Şərhlər