Raketlə şəkil çəkdirən PKK-lı yaxalandı

18.09.2015 11:29     Sosreaksiya     1929

Muşun Varto rayonunda əlində raketlə qazdığı xəndəklər arxasında şəkil çəkdirən terrorçu yaralı olaraq ələ keçirilib.

Reaksiya.az xəbər verir ki, 15-16 avqust 2015-ci il tarixlərində Varto rayonunda sözdə muxtariyyət elan edən PKK terror təşkilatı üzvlərindən biri - əlində raketlə qazdığı xəndəklər arxasında şəkil çəkdirən və hüquq-mühafizə orqanlarına raketlə hücum edən şəxs sentyabrın 17-də başlayan "Şəhid mayor Aslan Kulaksız" adı verilən əməliyyatda yaralı olaraq ələ keçirilib.

Alınan məlumata görə, terrorçu kəndlərə gedərək PKK üçün silah toplayıb, təşkilatın kənd komitələrini yaradıb, regionda aldatdığı gənclərlə davamlı olaraq yol kəsib.

Şərhlər