DİN-dən Sumqayıt yolundakı qəza ilə bağlı açıqlama

18.09.2015 13:05     Sosreaksiya     1887

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurmuşdur. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölmüş, 9 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.

BDYPİ tərəfindən araşdırma aparılır.

Şərhlər