Sabiq nazir müavini məhkəmədə ifadə verdi
18.09.2015 13:42 Sosreaksiya 1831

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə M. Səlimov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Şərhlər