Göygöldə məktəbdə bədbəxt hadisə baş verdi
18.09.2015 14:23 Sosreaksiya 2074

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər