73 günün acı statistikası - 123 polis, hərbçi və gözətçi öldü

18.09.2015 17:42     Sosreaksiya     2010

Türkiyə daxilində son 73 gündəki qarşıdurma zamanı 123 təhlükəsizlik işçisi (əsgər, polis və gözətçi) həyatını itirib.

Reaksiya.az xəbər verir ki, ölümlərin baiskarı əsasən PKK terror təşkilatıdır.

Son olaraq da bu gün Bitlisdən Muş Hava Limanına gedərkən TIR-a arxadan çırpılan maşında üç Xüsusi Təyinatlı polis həyatını itirib.

Qəzada polis məmurları Veysel Burak Ergül ilə Cüneyt Bankur olay yerində, Serkan Sakaİ xəstəxanada ölüb.

Bundan başqa Şanlıurfanın Suriya ilə sərhədindəki Birecik rayonunda yerləşən Çiçekalan Sərhəd Polis Bölməsində 26 yaşlı çavuş Aykut Karaca zirehli maşında beyin qan sızması keçirərək dünyasını dəyişib.

Şərhlər