4 əsgər təlim zamanı dənizdə batıb

19.09.2015 01:35     Sosreaksiya     1765

Aktau şəhərində “Mərkəz-2015” hərbi təlimlərin keçirildiyi zaman Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb, 4 əsgər ölüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Müdafiə nazirliyinin məlumatında bildirilir.

“Sentyabrın 18-də, “Mərkəz-2015” hərbi təlimlərinin ikinci mərhələsində dənizə altı BTR-80 və 52 hərbi qulluqçu çıxıb. Güclü külək və hündür dalğalar nəticəsində BTR-lərdən 4-ü dənizdə  batıb”, məlumatında deyilir.

Qazaxıstanın Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qrup yaradıb, insidentin başvermə səbəbləri və təfərrüatlarının müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam edib.

 

Şərhlər