Çilidə növbəti dəfə güclü zəlzələ baş verib
19.09.2015 06:12 Sosreaksiya 1594

Çili sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kokimbo şəhərindən 131 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, sentyabrın 17-də Çilidə 8,4 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 1 milyona yaxın insan təxliyyə edilib.
Şərhlər