Tanınmış jurnalistə yeni vəzifə verildi

19.09.2015 09:34     Sosreaksiya     2204

Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinə yeni rəhbər təyin edilib.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmri ilə jurnalist Qalib Rəhimli universitetin mətbuat xidmətinə rəhbər təyin edilib.

Xatırladaq ki, Qalib Rəhimli Azərbaycan mətbuatında imzası ilə tanınan jurnalistlərdəndir. Uzun illər müxtəlif dövrü mətbuatlarda fəaliyyət göstərib. Son illərdə isə Space Telekanalının Gəncə şəhəri üzrə bölgə müxbiri, yerli Alternativ televiziyasında xəbərlər departamentinin direktoru, “İki sahil” qəzetinin bölgə müxbiri vəzifələrində çalışıb. İnteraz televiziyasında bölgə müxbiri kimi fəaliyyətini davam etdirib. 

Şərhlər