Dubay şeyxinin oğlu öldü - 3 günlük matəm
19.09.2015 14:19 Sosreaksiya 2606

Dubay şeyxi Məhəmməd ben Rəşid Al-Mahtumun 34 yaşlı oğlu Şeyx Rəşid ben Məhəmməd Al-Maktum bu gün ürəktutmasından dünyasını dəyişib. Bununla bağlı Dubayda 3 günlük matəm elan edilib.
Reaksiya.az xəbər verir ki, bu haqda Birləşmiş Ərəb Əmirliklərinin dövlət agentliyi WAM yayıb.
İş adamı olan Şeyx Rəşid Dubay şeyxinin 22 uşağından ikincisi olub.
O, 2008-ci ildən 2010-cu ilədək BƏƏ-nin Olimpiya Komitəsinə rəhbərlik edib.
Forbes jurnalına görə onun 1.9 milyard dollar varidatı olub.
Şərhlər