Millət vəkili kitabxanaçılarla görüşüb

19.09.2015 16:26     Sosreaksiya     1933

“Kəndlərimizə maraqlı kitabları gətirərək, kitabxanalarda oxucularla səyyar görüşlər, Kitab günləri təşkil edə bilərəm və bir millət vəkili kimi hər zaman bu cür layihələrə dəstəyi daha da artırmağa hazıram”.

Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda kitabxanaçılarla görüşü zamanı söyləyib.

Millət vəkili Tovuz rayon mərkəzi kitabxanasının kollektivi ilə görüşüb və söhbət zamanı uşaqlar və gənclər arasında kitaba, oxumağa, mütailəyə meyilliyin artması istiqamətində kitabxana işçilərinin də öz səylərini daha da artırması, kitabxanada müxtəlif maraqlı tədbir və görüşlər keçirərək gənclər arasında kitaba meyilliyin artması üçün geniş imkanların olduğunu bildirib.

Qənirə Paşayeva rayon mərkəzi kitabxanasına özünün şəxsi kitabxanasına aid olan türk xalqları, onların tarixi, ədəbiyyatı, böyük şəxsiyyətləri,türk dövlət və toplumları ilə bağlı çoxlu sayda maraqlı və dəyərli kitabları hədiyyə verərək, gənclərin onları oxuması üçün kitabxanaçıların da fəallığının artıracağına ümid etdiyini deyib.

Kitabxanaya yenə özünə məxsus kitablardan da hədiyyə edən millət vəkili yaxın günlərdə bir neçə yazıçı və şairlərlə birlikdə Tovuzda gənclərlə görüş layihəsinin başlayacağını deyərək, mərkəzi kitabxanada oxucularla da geniş görüşün keçirilməsini müzakirə edib. İlk görüşün şəhid ailələri, Qarabağ müharibəsi əlili və veteranlarının övladları üçün keçiriləcəyini deyən millət vəkili onların hamısına, özü də daxil olmaqla, bir sıra yazar və şairlərin kitablarının imzalı hədiyyə ediləcəyini deyib. O bildirib ki, təkcə Azərbaycandan deyil, bu layihəyə dəstək vermək üçün Türkiyədən və bir sıra türk dövlət və toplumlarından da bir sıra tanınmış şair və yazarların öz imzalı kitablarından millət vəkilinin xahişi ilə Bakıya göndərilməyə başlanılıb və gənclər həmin kitablardan da imzalı əldə edə biləcəklər.

Bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik, bir millətin inkişafı onun gənc nəsillərinin kitaba, oxumağa, öyrənməyə böyük marağlndan keçir deyən millət vəkili Qənirə Paşayeva kitabxana əməkdaşlarına da özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı kitabları da hədiyyə edib və onlarla geniş fikir mübadiləsi aparıb.

Görüşdə iştirak edənlər Qənirə Paşayevaya kitabın təbliği istiqamətində fikir və həyata keçiridiyi layihələrə görə təşəkkürlərini bildirərək bütün kitabxana kollektivinin bu cür lahiyələrə bundan sonra daha da çox dəstək verəcəklərini, daha çox çalışacaqlarını söyləyiblər. 

Şərhlər