Həccdən ilk olaraq VİP xidmətlərdən istifadə edən zəvvarlar qayıdacaq

19.09.2015 17:06     Sosreaksiya     1858

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə səfərində bu il ilk dəfə olaraq VİP zəvvarlar onlar üçün ayrıca təşkil olunmuş təyyarə ilə uçurlar.

Reakisya.az APA-ya istinadən  xəbər verir ki , sentyabrın 29-u zəvvarların geri qayıdışına start da VİP zəvvarların ayrıca reysi ilə başlayacaq.

Daha sonra nisbətən ucuz Həcc səfərini seçən zəvvarları daşıyacaq təyyarələr uçacaq. Sentyabrın 11-də zəvvarların Həccə səfəri başlayan zaman ilk uçuş da VİP zəvvarlara aid olub.

QMİ-dən onu da bildiriblər ki, artıq Həccdə azərbaycanlı zəvvarlar Ümrə əməllərini bitirblər və sentyabrın 22-dən etibarən Ərəfat dağına qalxmağa başlayacaqlar.

Zəvvarlar ziyarət zamanı heç bir problemlə üzləşməyib.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb.

Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.

 

Şərhlər