Qarabağ qazisi vəfat etdi

19.09.2015 20:04     Sosreaksiya     1821

Ağır vəziyyətdə olan 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov vəfat edib.

Reaksiya.az Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun məlumatına istinadən xəbər verir ki, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülmüşdü. 

Xatırladaq ki, bir müddət əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Onun yaşaması üçün ümid az olsa da, həkimlərin səyi sayəsində kirtik vəziyyətdən çıxarılmışdı.

Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilmişdi. F.Rəhimov Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmuşdu.

Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilmişdi.

Fəxrəddin Rəhimov sabah doğulub böyüdüyü və qoruduğu Ağdam rayonunda - Quzanli qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!

Şərhlər