İlham Əliyev şeyxə başsağlığı verdi
20.09.2015 00:38 Sosreaksiya 2227

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağılığı verib.Məktubda deyilir: "Oğlunuz şeyx Rəşid bin Məhəmməd Al Məktumun vaxtsız vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Şərhlər