Yaponiyalı turist ​Tac-Mahalda selfi çəkərkən ölüb

20.09.2015 02:51     Sosreaksiya     1748

Yaponiyalı turist Hindistanda Tac-Mahal məqbərəsində selfi çəkərkən yıxılaraq başından aldığı zədə nəticəsində həyatını itirib.

Reaksiya.az xəbər verir ki, polis turistin yıxılandan sonra huşunu itirdiyini və xəstəxanada öldüyünü bildirib.

Şahidlərin sözlərinə əsasən, yaponiyalı turist məqbərənin qapısındakı pilləkənlərdə duraraq selfi çəkərkən yıxılıb.

Qeyd edək ki, Tac-Mahalı böyük türk imperatoru Cahan şah XVII əsrdə həyat yoldaşı Mumtaz Mahalın xatirəsinə tikdirib. Hər gün bu tarixi tikilini 12 min turist ziyarət edir. 

Şərhlər