Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq
20.09.2015 03:35 Sosreaksiya 1679

MERS (SARS) xəstəliyinin törəməsi olan koronovirusun yaratdığı tənəffüs yolları xəstəliyindən dünyada 550 insan həyatını itirib. Reaksiya.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Peter Ben Embarek açıqlayıb.
O, Həcc müddətində epidemiyanın davam etdiyini bildirib və Səudiyyə Ərəbistanına üz tutanlarla bağlı xəbərdarlıq edib: "Dünyada bu xəstəliklə bağlı baş verən 564 hadisədə 550 insan dünyasını dəyişib. Xəstəliyə tutulan 3 insandan biri həyatını itirir".
P.Embarek epidemiyanın beynəlxalq səviyyədə narahatlıq yaratdığını vurğulayıb.
Qeyd edək ki, dünyada MERS olaraq bilinən Yaxın Şərq tənəffüs yolları sindiromu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb.
Şərhlər