Bakıda qumbara aşkarlandı
12.06.2015 20:02 Sosreaksiya 1733

Bakının Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.
FHN-dən Reaksiya.az-aa verilən məlumata görə, nazirliyin mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
Aşkarlanmış sursata baxış keçirilib və müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 2 ədəd F-1 markalı əl qumbarası və 2 ədəd UZRQM partladıcısıdır.
Hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:52-də başa çatıb.
Şərhlər