Yaşayış binasında güclü yanğın - 30 sakin təxliyə edildi
20.09.2015 10:07 Sosreaksiya 1719

Mingəçevir şəhərində hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.
Reaksiya.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 30 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər