Miqrantları daşıyan gəmi batdı

20.09.2015 13:45     Sosreaksiya     1698

Yunanıstanın Midilli adası yaxınlığında 46 miqrantı daşıyan gəmi batıb. Yunan sahil təhlükəsizlik qüvvələri 20 nəfəri xilas edərkən, geridə qalan 26 nəfərin axtarışı davam edir.
 
Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, Avropa Sərhəd Nəzarət Agentliyi Frontexe bağlı bir Litva vertolyotu, bu gün səhər saatlarında Midilli adası yaxınlığında suda insanların olduğunu müəyyən edib.
 
Bundan sonra Yunanıstan Sahil Polisi bölgəyə dərhal iki xilasedici gəmi göndərib və 20 köçkün xilas edilib. Qəzadan xilas edilənlər, gəmidə 46 nəfər olduğunu bildiriblər. Hazırda onların da axtarışı davam edir.
 

Şərhlər