Qarabağ qazisi Ağdamda dəfn olundu

20.09.2015 14:57     Sosreaksiya     1916

Bu gün dünən dünyasını dəyişən Qarabağ qazisi Fəxrəddin Rəhimov Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub. Bu barədə QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu məlumat verib. Mərhumun dəfnində Ağdam rayon icra başçısı Raquf Məmmədov, Qarabağ Qazilər Birliyinin, təşkilatın Ağdam rayon şöbəsinin rəhbərliyi, mərhumun qohumları, yaxın dostları və rayon ictimaiyyəti də iştirak ediblər.

Xatırladaq ki, 1992-ci ildən 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilən 1- ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov dünən Bakıda vəfat edib.

Mərhumun dəfn və yas mərasimini Ağdam rayon icra hakimiyyəti təşkil edib. 

Şərhlər