Ukraynada terrorçuluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

21.09.2015 05:07     Sosreaksiya     1620

Ukraynanın sərhəd xidmətinin əməkdaşları "Borispol" Hava Limanında "terrorçuluq" maddəsi üzrə cinayət törətdiyinə görə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Əldə etdiyimiz məlumata görə, bu vətəndaş dəfələrlə 93 kiloqramdan yuxarı çəki dərəcəsində tamkontaktlı əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin qalibi olub", - deyə məlumatda bildirilir.

İdarədən saxlanılan şəxsin adı açıqlanmayıb və yalnız qeyd olunub ki, o müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin bölməsinə təhvil verilib.

Şərhlər