Dəhşətli qəza - Bir ailənin 3 üzvü öldü

21.09.2015 10:32     Sosreaksiya     2407

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər