"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu dəyirmi masa keçirib.

21.09.2015 12:57     Sosreaksiya     1897

Sentyabr ayının 19-da “Orta əsr Azərbaycan alimlərinin İslam və Yaxın Şərq mədəniyyətinə verdiyi töhfələr” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. Bundan əvvəl iyun ayında Babək Hürrəmi ilə bağlı dəyirmi masa təşkil etdiklərini və mövzu ilə bağlı klip təqdimatı etdiklərini diqqətə çatdıran, V. Zifəroğlu bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb. 

Mövzu ilə bağlı çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov orta əsrlərdə yaşamış azərbaycanlı alimlər və yaradıcılıqları barədə geniş məlumat verərək, onların İslam və eləcə də Yaxın Şərq mədəniyyətinə verdikləri töhvələr barədə məlumat verib. Məruzəçidən sonra çıxış edən qonaqlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun mövzu ilə bağlı hazırladıqları və 17 alim barədə məlumatdan ibarət klipi nümayiş olunub. 

Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu, oktyabrda daha bir dəyirmi masa təşkil edəcəklərini və həmin mövzu ilə bağlı da klip təqdimatı edəcəklərini bildirib.

Şərhlər