Bakıda televiziya işçiləri yol qəzasına düşdü

21.09.2015 13:53     Sosreaksiya     1956

Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.

N. Rəsulov açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “”Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.

 

Şərhlər