Tanınmış jurnalist qəzaya düşdü

21.09.2015 15:49     Sosreaksiya     2047

Xəbər verildiyi kimi, Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Şəki-Bakı yolunda avtomobil qəzasına uğrayıb.

Reaksiya.az jurnalistlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

Sevil Yusifova hadisənin şokundan hələ də çıxmadıqlarını bildirib: “Təşkilatımızın nümayəndələri ilə rayondan görüşdən qayıdırdıq. Öz yolumuzla yavaş surətlə gedirdik və qarşıdan gələn “VAZ 2107” markalı avtomobil qəfildən yolumuza çıxdı. Qəza zamanı içərisində olduğumuz “Hundai” markalı maşın sıradan çıxdı. DYP işçiləri hadisə yerinə gəldilər. Şükr edirik ki, salamatçılıqdı”. 

Şərhlər