Türkiyədə hərbi konvoya hücum - 13 əsgər yaralandı

22.09.2015 04:52     Sosreaksiya     1827

Türkiyənin Van vilayətində növbəti terror aktı törədilib.

Reaksiya.az-ın NTV-ə istinadən verdiyi məlumata görə, PKK terrorçuları əvvəlcədən basdırdıqları əldə qayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıblar.

İnsident nəticəsində 13 hərbçi yaralanıb.

Yaralı əsgərlər xəstəxanaya göndərilib. Ərazidə genişmiqyaslı əməliyyat başlayıb. Terrorçuları zərərsizləşdirmək məqsədi ilə əraziyə hava qüvvələrindən dəstək göndərilib.

Şərhlər