Moskvadakı Cümə Məscidində Osmanlı izləri
22.09.2015 10:34 Sosreaksiya 2341

Rusiyanın paytaxtı Moskvadakı Cümə Məscidinin daxili dekorasiyası klassik Osmanlı üslubunda inşa olunub.
Reaksiya.az xəbər verir ki, Moskvanın ən böyük məscidinin tikintisi 7 il davam edib. Eyni vaxtda 10 min nəfər məsciddə namaz qıla bilər.
Qeyd edək ki, məscidin açılış mərasimi sentyabrın 23-də keçiriləcək.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas və Müstəqil Dövlətlər Birliyinə daxil ölkələrin də liderlərinin iştirakı gözlənilir.
Şərhlər