"O, döyüşdə ölməyib" - BƏƏ təkzib etdi
22.09.2015 12:52 Sosreaksiya 2039

"Şeyx Məhəmməd bin Rəşid əl-Maktum 34 yaşında ürək tutmasından həyatını itirib"
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi Dubay rəhbərinin oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Yəməndə silahlı toqquşma zamanı öldürüldüyü xəbərini təkzib edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
“Mediada “Fars news”a istinadən BƏƏ baş naziri, vitse-prezident, Dubay şəhərinin rəhbəri Şeyx Rəşid bin Məhəmməd əl-Maktumun oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Yəmənin Marib vilayətində inqilabçı qüvvələrin hücumu zamanı öldürülməsi xəbəri tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Şeyx Rəşid 34 yaşında ürək tutmasından həyatını itirib”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, İranın “Fars news” agentliyi 34 yaşlı şeyxin bir qrup BƏƏ hərbçisi ilə birlikdə Marib vilayətində Yəmən qüvvələrinin “Katyuşa” hücumu nəticəsində öldürüldüyü barədə məlumat yayıb.
Şərhlər