22 yaşlı qız özünü asdı - VİDEO

22.09.2015 13:12     Sosreaksiya     2661

Türkiyədə 22 yaşlı gənc qız cib telefonuna "artıq yaşamaq istəmirəm" yazaraq özünü qaz borusundan asaraq intihar edib.

Reaksiya.az xəbər verir ki, sümük əriməsi xəstəliyinə yaxalanan 22 yaşlı qız intihar etməzdən əvvəl cib telefonuna "Artıq yaşamaq istəmirəm" sözlərini yazıb.

Hadisə Hacıahmet məhəlləsinin Kır Kahyası küçəsində yerləşən 1610 saylı evdə baş verib. Bir tikiş emalatxanasında çalışdığı öyrənilən Mələk Yılmaz anası ilə birlikdə bayram təmizliyi etmək üçün işə getməyib. Təmizlik zamanı anası bayıra çıxanda Mələk hələ müəyyən olunmayan bir səbəblə özünü mətbəxdəki qaz borusuna kəndirlə asaraq intihar edib.

Alış-verişdən qayıdan ana mətbəxə girib qızının cansız bədənini görəndə sinir böhranları keçirib. Onun səsinə qonşular gəlib. İpi kəsərək Mələk Yılmazı qurtarmağa çalışıblar. Ancaq hadisə yerinə çağıran səhiyyə qrupları gənc qızın vəfat etdiyini müəyyən edib.

Polis briqadalarının apardıqları tədqiqatda məlum olub ki, Mələk Yılmaz cib telefonuna “Artıq yaşamaq istəmirəm” sözlərini yazıb.

İntihar hadisəsinin əsil səbəbinin tapılması üçün Mələk Yılmazın ən son kimlərlə danışdığı və mesajlaşdığını müəyyən etmək məqsədilə cib telefonuna baxılıb.

Evin 5 uşağından ən kiçiyi olan Mələk Yılmazın sümük əriməsi xəstəliyinə yaxalandığı, bu səbəbdən bir müddətdir krizis keçirdiyi bildirilib.

Şərhlər