Vanda 2 partlayış - 24 əsgər yaralı

22.09.2015 15:36     Sosreaksiya     2022

Van icra hakimiyyəti PKK-nın iki ayrı bölgədə yola çəkdiyi partlayıcının hərbi texnikanın keçidi zamanı partlaması nəticəsində biri ağır olmaqla, 24 əsgər yaralanıb.

Reaksiya.az xəbər verir ki, Başkale-Hakkari avtomobil yolunun 10-cu kilometrliyində yerləşən Çamlık mövqeyində PKK-lılar tərəfindən yola döşənən əl istehsalı olan partlayıcı gecə saat 23.30 radələrində hərbi konvoyun keçidi zamanı uzaqdan pultla partladılıb.

Partlayışın təsiri ilə zirehli maşında olan 13 əsgər yaralanıb. Yolda 4 metr enində çuxur açılıb, avtomobil nəqliyyata bağlanıb.

Partlayışın olduğu yerdən təxminən 15 kilometr uzaqlıqdakı Bebeşin mövqeyində PKK-lılar saat 01.47-də ikinci hücumu həyata keçirib. Hərbi konvoyun keçidi zamanı terrorçuların yenə yola döşədikləri partlayıcının  partlaması nəticəsində  11 əsgər yaralanıb.

 İki partlayışda da yaralanan əsgərlər hadisə yerinə sövq edilən sanitar maşınlarla əvvəl Dövlət Xəstəxanasına, sonra da vertolyotla 100 İl Universitetinin Dursun Odabaş Tibb Mərkəzinə aparılıb.

Şərhlər