Polis rəisinin müavini güllələnib

23.09.2015 05:47     Sosreaksiya     1583

ABŞ-ın Florida ştatının Şalimar şəhərində poçtalyon şerif müavinini güllələyib və ardınca polislə atışma zamanı özü də öldürülüb.

Reaksiya.az xəbər verir ki, poçtalyon bundan əvvəl məişət zorakılığında şübhəli bilinib.

Polis bu səbəbdən onu məhkəməyə çağırmağa və onda olan odlu silahı müsadirə etməyə cəhd göstərib.

Bu zaman münaqişə yaranıb və poçtalyon polisə bir neçə atəş açaraq onu qətlə yetirib. Cinayətkar daha sonra öz evində gizlənərək hadisə yerinə gələn polislərə silahlı müqavimət göstərib. Onu yalnız evinə gözyaşardıcı qaz buraxdıqdan sonra zərərsizləşdirmək mümkün olub.

Şərhlər