Bodrumu sel apardı - VİDEO

23.09.2015 10:28     Sosreaksiya     2167

Muğlanın Bodrum rayonunda dünən axşam saatlarında başlayan və təxminən 3 saat davam edən güclü leysan yağış selə çevrilib.

Reaksiya.az xəbər verir ki, onlarla ev və iş yeri su altında qalıb, avtomobillər  sanki çaya dönən yollarda sürüklənib, sürücülər ölümdən dönüb. Bir elektrik dirəyinin devrilməsi nəticəsində axına düşən küçə iti ölüb.

Sel suyunun çəkilməsindən sonra ortaya çıxan mənzərəni görən vətəndaşlar gözlərinə inanmayıb.

Baş verən sel səbəbilə şəhərə böyük maddi ziyan dəyib.

Şərhlər