Tanınmış iş adamı dünyasını dəyişdi - VİDEO

23.09.2015 12:16     Sosreaksiya     2691

Cəvahir Holdinq İdarə Heyətinin sədri 77 yaşlı İbrahim Cəvahir keçirdiyi ürək tutmasından vəfat edib.

Reaksiya.az xəbər verir ki, iş adamı ilə vida mərasimi  sentyabrın 25-də  İstanbul Fateh Məscidində keçiriləcək.

İBRAHİM CƏVAHİR KİMDİR?

1938-ci ildə Trabzonun Çaykara rayonunda anadan olan İbrahim Cəvahir 70-ci illərdə qardaşları Məmməd və Rəşad Cəvahirlə birlikdə İstanbulda Cəvahir Şirkətlər Qrupunu yaradıb. Başda Liviya və Səudiyyə Ərəbistanı olmaqla xaricdə və daxildə önəmli investisiyalara imza atan Cəvahir, Türkiyə turizminə də böyük xidmətləri olub. İstanbulda tikdirdiyi bir çox oteldən sonra, 2002-ci İlin may ayında Avropanın ən böyük konqres mərkəzlərindən biri kimi səciyyələndirilən İstanbuldakı Grand Cəvahir Hoteli açıb. Bundan başqa, Mecidiyeköydə Cəvahir alış-veriş mərkəzini qurub.

SİYASƏTƏ DƏ DAXİL OLDU

Eyni zamanda Qara Dəniz Fondunun Prezidenti olan İbrahim Cəvahir hələ 17 yaşında CHP-yə girdi və CHP Gənclik Təşkilatının sədri seçilib. Ərdal İnönü ilə  SODEP-in qurucuları arasında yer alıb. Ancaq bir müddət sonra CHP-dən ayrılaraq ANAP-a keçib. 1995 və 1998-ci illərdə İstanbul 2-ci Bölgədən 2 dəfə millət vəkili namizədi olub, lakin seçilməyib. 2002-ci ildən etibarən isə AKP-yə üzv olub.

İbrahim Cəvahir 6 uşaq atası olub.

Allah rəhmət eləsin!

Şərhlər